Niderland şahzadəsi orduda xidmət edir

Niderland şahzadəsi orduda xidmət edir backend

niderlanın vəliəhd şahzadəsi Amaliya ailədə Silahlı Qüvvələrdə xidmət edən ilk qadın olub.

Niderlandın vəliəhd şahzadəsi Katarina-Amaliya ölkənin silahlı qüvvələrində xidmətə başlayıb.

Qaziler.az bildirir ki, bu barədə NOS telekanalı xəbər verir.

Kral ailəsinin üzvü ehtiyatda olan hərbçilərin hazırlığı proqramı çərçivəsində təlimlərə başladı.

Amaliya kral ailəsindən orduda xidmət edən ilk qadındır. O, artıq ilk rütbələrini almışdır - dənizçi və üçüncü dərəcəli əsgər. Təlim nəzəri dərsləri və bir neçə həftəlik sahə təlimini əhatə edir, lakin Amaliya at sürərkən qolu sındığı üçün praktiki məşq təxirə salınacaq.

Şahzadə hazırda ballistika, taktika və kartoqrafiya üzrə təhsil alır və gələcəkdə Müdafiə Nazirliyi ilə ştatdankənar əməkdaş kimi işləməyi planlaşdırır. Hərbçilər qeyd etdilər ki, onun üçün heç bir istisna yoxdur: o, tibbi müayinədən, psixoloji testlərdən və təhlükəsizlik yoxlamasından keçib.

QAZİLER.AZ