Malayziyada bir kişi timsahın hücumuna məruz qaldıqdan sonra itkin düşüb.
Qaziler.az bildirir ki, bu barədə "Sarawak Tribune" məlumat verib.
Hadisə 21 yaşlı Ceffri Meysinq Vin şənbə günü, sentyabrın 27-də çayın qolunda çimərkən baş verib. Timsah onu suyun altına çəkib. Hücumun şahidi olan qardaşı onu xilas etməyə çalışsa da, buna nail ola bilməyib.
Oğlanın yoxa çıxmasından sonra polis, mülki müdafiə qüvvələri, yaxınlıqdakı kəndlərin sakinlərinin iştirakı ilə axtarış-xilasetmə əməliyyatına başlanılıb. Vinin qalıqları hələ də tapılmayıb.
QAZİLER.AZ