Rutte: Ukrayna NATO-nun birinci müdafiə xəttidir

Rutte: Ukrayna NATO-nun birinci müdafiə xəttidir backend

Ukrayna Şimali Atlantika Alyansının ilk müdafiə xəttidir və üzv dövlətlər onu dəstəkləməkdə davam edirlər.

Qaziler.az bildirir ki, bu bəyanatla NATO-nun baş katibi Marko Rutte çıxış edib. Onun bəyanatı hərbi blokun rəsmi saytında dərc olunub.

"Ukraynaya gəlincə, bu, bizim birinci müdafiə xəttimizdir. Biz ukraynalılara kömək edirik, çünki bu, bizim dəyərlərimizə, həm də təbii ki, kollektiv təhlükəsizliyimizə aiddir. Ona görə də onların mübarizəni davam etdirmələri çox vacibdir. Ona görə də biz onları dəstəkləməyə davam edirik", - baş katib bildirib.

Rutte həmçinin NATO-nun qondarma “dron divarı” yaratmasının lazım olduğu fikrini bildirib. O izah edib ki, alyans “yalnız bir neçə min dollara başa gələn” pilotsuz uçuş aparatlarını (PUA) məhv etmək üçün raketlərə “milyonlarla avro və ya dollar xərcləyə bilməz”.

QAZİLER.AZ