Pentaqon rəhbəri: "ABŞ ordusunda “ətəkli oğlanlar” olmayacaq

Pentaqon rəhbəri: "ABŞ ordusunda “ətəkli oğlanlar” olmayacaq backend

"ABŞ ordusunda siyasi düzgünlük dövrü başa çatır".

Qaziler.az xəbər verir ki, bunu departamentin “YouTube” kanalında yayımlanan amerikalı general və admirallarla görüşdə Pentaqonun rəhbəri Pit Heqset deyib.

"Paltar geyinən heç bir oğlan, iqlim dəyişikliyinə baş əymək, gender illüziyaları olmayacaq. Bu cəfəngiyyata son qoyduq. Siz övladlarınızın artıq çəkili və ya zəif təlim keçmiş əsgərlərlə hərbi xidmətdə olmasını istərdinizmi? Yoxsa əsas standartlara cavab verə bilməyən insanlarla?"- Pentaqon rəhbəri deyib.

Heqset əlavə edib ki, siyasi düzgünlük erası artıq başa çatır. Onun sözlərinə görə, indi amerikalı hərbçilər ya standartlara cavab verir, ya da çıxırlar.

QAZİLER.AZ