Almaniyanın nəqliyyat naziri iclas zamanı huşunu itirib

Almaniyanın nəqliyyat naziri iclas zamanı huşunu itirib backend

Almaniyanın nəqliyyat naziri Patrik Şnayder Berlində Nazirlər Kabinetinin iclası zamanı yıxılıb və təcili olaraq xəstəxanaya çatdırılıb.

Qaziler.az xəbər verir ki, bu barədə DPA xəbər agentliyi Nazirlər Kabinetinin sözçüsü Stefan Korneliusa istinadən məlumat yayıb.

“O, sonradan özünə gəldi, lakin təhlükəsizlik baxımından nazir tibbi müayinədən keçəcək. Şnayder nazirlərlə birgə şəkil çəkdirə bilməyib”, - Stefan Şnayderin danışıqlar masası arxasında huşunu itirməsinə aydınlıq gətirərkən deyib.

“Bild” qəzeti isə yazır ki, Almaniyanın nəqliyyat nazirinin xəstəxanaya yerləşdirilməsinə səbəb kəskin ürək-damar çatışmazlığı olub.

QAZİLER.AZ