Orban Tuska: "Təhlükəli oyun oynayırsınız!"

Orban Tuska: "Təhlükəli oyun oynayırsınız!" backend

Macarıstanın Baş naziri Viktor Orban qeyd edib ki, nə ölkəsi, nə də Avropa İttifaqı (Aİ) Rusiya ilə müharibə vəziyyətində deyil və bunun əksini iddia edənlər təhlükəli oyun oynayırlar.

Qaziler.az xəbər verir ki, bu barədə Viktor Orban “X” sosial şəbəkədəki səhifəsində yazıb.

"Siz Rusiya ilə müharibə etdiyinizi düşünə bilərsiniz, lakin Macarıstan deyil. Həmçinin Avropa Birliyi də etmir. Siz milyonlarla avropalının həyatını və təhlükəsizliyini riskə ataraq təhlükəli oyun oynayırsınız. Bu, çox pisdir", - Orban Polşanın Baş naziri Donald Tuska müraciət edərək yazıb.

Qeyd edək ki, sentyabrın 29-da “The Guardian” Tuska istinadən yazıb ki, Qərb ölkələri Rusiya ilə “yeni tipli müharibə” aparırlar. Tuskun sözlərinə görə, indi  liderlər üçün ən vacib vəzifə bütün Qərb ictimaiyyətinə Rusiya ilə müharibənin artıq getdiyini çatdırmaqdır.

QAZİLER.AZ