Çexiya rusiyalı diplomatların ölkəyə girişini qadağan edib

Çexiya rusiyalı diplomatların ölkəyə girişini  qadağan edib backend

Çexiya hakimiyyəti ölkədə akkreditasiyadan keçməmiş Rusiya diplomatik və xidməti pasportlarının sahiblərinin respublikaya girişinə qadağa qoyub.

Qaziler.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski "X" sosial mediasında bildirib.

"Mənim təşəbbüsümlə hökumət bu gün Çexiya milli akkreditasiyası olmayan rusiyalı diplomatların və xidməti pasport sahiblərinin Çexiyaya girişinə qadağa qoyub", - nazir yazıb.

Lipavski əlavə edib ki, tədbir Çexiya ərazisində yerləşən beynəlxalq hava limanlarına şamil edilir.

QAZİLER.AZ