ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzza zolağında münaqişənin həlli planını qəbul etdiyi barədə Dohaya məlumat verib.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid Əl-Ənsari bildirib.
“ABŞ prezidenti bizə məlumat verdi ki, İsrailin Baş naziri Qəzza zolağında müharibəyə son qoymaq planını qəbul edib”, - deyən diplomat Dohanın Amerika liderinin planını alqışladığını bildirib.
Onun planı anklava ərəb və müsəlman dövlətlərinin hərbçilərindən təşkil olunan hərbi kontingent göndərməkdən ibarətdir.
QAZİLER.AZ