Bolqarıstan Rusiyadan qaz tranzitini dayandırmağı planlaşdırır

Bolqarıstan Rusiyadan qaz tranzitini dayandırmağı planlaşdırır backend

Bolqarıstan 2027-ci ilin sonuna qədər Rusiya qazının alınmasını dayandırmağı planlaşdırır.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Jeço Stankov bildirib.

Bolqar nazir 2028-ci ilin yanvarına qədər Rusiya qazının Avropada istehlakının tamamilə dayandırılacağını gözləyir. O, əlavə edib ki, Macarıstan və Slovakiya enerji təhlükəsizliyi problemi ilə üzləşməyəcək, çünki onlar alternativ qaz alışı tapa biləcəklər.

Keçən həftə Bolqarıstanın Baş naziri Rosen Jelyazkov ölkəsinin Rusiya ilə qaz tranziti müqaviləsini 2026-cı ildə ləğv edəcəyini açıqlamışdı.

QAZİLER.AZ