Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev etiraf edib ki, o, süni intellekt sistemlərindən istifadə edir, lakin sosial şəbəkələrdəki yazılarını özü yazır.
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, o, bu barədə “Gözləyin, yoxsa həyata keçirin? Süni intellekt onilliyin əsas seçimi kimi” adlı açıq panel müzakirəsi zamanı deyib.
"Mən generativ süni intellektdən istifadə edirəm. Bu, təkcə maraqlı deyil, həm də faydalıdır. Amma mənim “Telegram” kanalımda yazılar yazanda istifadə etmirəm, əlbəttə, özüm yazıram. O, hələ ki, buna qadir deyil", - Medvedev qeyd edib.
Medvedev həmçinin, Rusiyanın süni intellekt sahəsində inkişafını yüksək keyfiyyətli hesab etdiyini bildirib.
QAZİLER.AZ