Qətər Netanyahunun üzrxahlığını QƏBUL ETDİ

Qətər Netanyahunun üzrxahlığını  QƏBUL ETDİ backend

Qətər İsrailin Baş naziri Benyamin Netanyahunun İsrail ordusunun bir daha ərəb ölkəsini vurmayacağına dair vədi ilə kifayətlənib və Doha üzrxahlığı qəbul edib.

Qaziler.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib.

Diplomat vurğulayıb ki, indiki vəziyyətdə Qətər üçün ən vacib şey onun suverenliyini qorumaq və bütün sakinlərin təhlükəsizliyini təmin etməkdir. Buna görə də İsrail tərəfinin vəziyyətin təkrarlanmayacağına dair təminatları Doha üçün vacib idi, əl-Ənsari əlavə edib.

Qeyd edək ki, sentyabrın 29-da Netanyahu qətərli həmkarı Məhəmməd bin Əbdülrəhman bin Casim Əl Taniyə zəng edərək sentyabrın 9-da Dohaya endirilən zərbəyə görə üzr istəyib. Jurnalistlərin məlumatına görə, zəng Netanyahunun ABŞ prezidenti Donald Trampla görüşü zamanı olub.

QAZİLER.AZ