İsrail ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında münaqişənin həlli planının hazırlanmasında iştirak edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Plana edilən əsas dəyişikliklərdən birinin dövlətçilik məsələsinə aid olduğu qeyd edilir. Sənəd Fələstin dövlətinin yaradılmasına imkan verir, lakin ikidövlətli həll variantı barədə bəhs edilmir.
Məlumata görə, münaqişənin iki dövlət konsepsiyası əsasında həllinə dair aydın perspektiv olmadan Səudiyyə Ərəbistanının plana maliyyə dəstəyi verməsi ehtimalı son dərəcə aşağıdır.
Sentyabrın 29-da İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ərəb və müsəlman ölkələri sülh planı çərçivəsində Qəzza zolağında HƏMAS hərəkatını tərksilah etməyə söz veriblər.
Bundan əlavə, Ağ Ev rəhbəri sülh prosesinə nəzarət etmək üçün keçid orqanının (Sülh Şurası) yaradılmasını təklif edib. Ona Donald Trampın özünün sədrlik edəcəyi gözlənilir. Şuraya ABŞ prezidenti ilə yanaşı, Britaniyanın keçmiş baş naziri Toni Bler və digər şəxslər də daxil olacaqlar. Qurum Qəzzada bələdiyyələrin və ictimai xidmətlərin fəaliyyətinin təmin edilməsinə cavabdeh olacaq.