Rusiyaya məxsus helikopterlər vasitəsilə PKK-nın Suriya qanadı olan YPG-nin Hələbin Arfin qəsəbəsinin 7 kilometrliyində yerləşən təlim düşərgəsinə silah-sursat çatdırılıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Rusiyanın silah göndərdiyi düşərgə YPG-nin Suriyada yerləşən əsas təlim mərkəzi sayılır.
İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə Rusiya PKK-nın Suriyadakı qolu olan YPG-ni açıq şəkildə dəstəkləməyə başlayıb. Bundan əlavə, Amerikanın da silahlandırdığı təşkilat Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra rəsmi Moskvanın əsas kartı hesab olunur.