ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında Fələstinin bir neçə ölkə tərəfindən tanınmasını “axmaqlıq” hesab etdiyini bildirib.
Qaziler.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.
"Aralarında bizim dostlarımız, müttəfiqlərimiz, yaxşı insanların olduğu bəzi Avropa ölkələri Fələstin dövlətini ağılsızcasına tanıdı. Əslində, düşünürəm ki, onlar bunu onilliklər ərzində baş verən münaqişədən çox bezdikləri üçün ediblər", - Amerika lideri bildirib.
Agentliyin məlumatına görə, tədbir zamanı Tramp Qəzza sülh planı ilə bağlı HƏMAS-dan müsbət cavab gözlədiyini də bildirib. Belə ki, HƏMAS Amerikanın təklifini rədd edərsə, İsrail ABŞ-nin “tam dəstəyinə” arxalana bilər.
QAZİLER.AZ