KXDR nüvə potensialından heç vaxt əl çəkməyəcəyini açıqladı

KXDR nüvə potensialından heç vaxt əl çəkməyəcəyini açıqladı backend

"Şimali Koreya heç vaxt nüvə potensialından əl çəkməyəcək".

Qaziler.az “Reuters”ə istinadla bildirir ki, bunu BMT Baş Assambleyasında çıxışı zamanı KXDR-in xarici işlər nazirinin müavini Kim Sonq Kyonq deyib.

"Şimali Koreyaya qondarma denuklearizasiyanın tətbiqi bizim öz suverenliyimizdən və mövcud olmaq hüququmuzdan imtina etməyi tələb etməyə bərabərdir. Bu, konstitusiyamızın pozulmasıdır. Biz heç vaxt nüvə potensialımızdan əl çəkməyəcəyik", - nazir müavini deyib.

Qeyd edək ki, sentyabrın 22-də Şimali Koreya lideri Kim Çen In respublikanın nüvə silahından əl çəkməyəcəyini bəyan edib.

QAZİLER.AZ