Netanyahu Qətərin Baş naziri Əl-Tanidən üzr istəyib

Netanyahu Qətərin Baş naziri Əl-Tanidən  üzr istəyib backend

İsrailin Baş naziri Benyamin Netanyahu qətərli həmkarı Məhəmməd bin Əbdül Rəhman bin Casim Əl-Taniyə zəng edərək 20 gün əvvəl Dohada baş verən hücuma görə üzr istəyib.

Qaziler.az bildirir ki, bu barədə İsrailin “N12” telekanalı məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, Netanyahu ABŞ prezidenti Donald Trampla görüşdə Əl-Taniyə zəng edib. Hadisədə Amerika liderinin rolu açıqlanmayıb.

Qeyd olunur ki, İsrail hökumətinin başçısı Qətərin baş nazirinə dövlət suverenliyinin pozulmasına, həmçinin Qətər təhlükəsizlik əməkdaşının ölümcül xəsarət almasına görə təəssüfləndiyini bildirib.

“N12” mənbələri hesab edir ki, Qətər sonradan hadisəyə görə təzminat tələb edə bilər.

QAZİLER.AZ