Madaqaskar prezidenti hökuməti buraxıb

Madaqaskar prezidenti hökuməti buraxıb backend

Ölkədə baş verən iğtişaşlar fonunda Madaqaskar prezidenti Andri Radzuelina hökumətin istefa verdiyini elan edib və üç gün ərzində yeni baş naziri təyin edəcəyinə bildirib.

Qaziler.az xəbər verir ki, bu barədə “2424.mg” portalı məlumat yayıb.

“Respublika Prezidenti hökuməti buraxır və üç gün ərzində yeni baş naziri vəd edir”, - açıqlamada deyilir.

KİV-in məlumatına görə, Madaqaskardakı iğtişaşlara su və elektrik enerjisinin kəsilməsi səbəb olub. Sosial media vasitəsilə təşkilatlanaraq Antananarivo və digər böyük şəhərlərin sakinləri elektrik enerjisi və su təchizatı tələbi ilə nümayişlər keçiriblər.

QAZİLER.AZ