Birləşmiş Millətlər Təşkilatı (BMT) Moldovada parlament seçkilərinə mümkün pozuntular və müdaxilələr barədə məlumatlardan xəbərdardır.
Qaziler.az xəbər verir ki, bu barədə RİA “Novosti”yə BMT baş katibinin nümayəndəsinin müavini Fərhan Haq bildirib.
"Biz Moldovada parlament seçkilərini izləyirik və iddia edilən pozuntular və xarici müdaxilələr barədə məlumatlardan xəbərdarıq", - BMT baş katibinin nümayəndəsinin müavini deyib.
Haq demokratik prosesə hörmət etməyə və gərginliyi artıra biləcək hərəkətlərdən çəkinməyə çağırıb.
Qeyd edək ki, sentyabrın 28-də Moldovada parlament seçkiləri keçirilib. Hakim Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyası səslərin 50,03 faizini toplayaraq qalib gəlib. Müxalifət partiyaları birlikdə 49,8% səs toplayıb.
QAZİLER.AZ