"Rusiya Macarıstanın təhlükəsizliyinə zəmanət verir".
Qaziler.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Bortsovski saatı” proqramında açıqlayıb.
"Rusiyadan etibarlı şəkildə qaz və neftlə təmin edilirik. Əgər neft və qaz oradan gəlmirsə, onları başqa yerdən əldə etmək lazım gələcək. İstənilən başqa tədarük mənbəyi uzunmüddətli müqavilələrlə təmin olunan Rusiyadan daha az etibarlıdır. Ona görə də Rusiya Macarıstanın təhlükəsizliyinə zəmanət verir... Ona görə də etibarlı nəyisə etibarsız bir şeyə alver etməyi, normal insanlar eləmir”, - Orban deyib.
Agentliyin məlumatına görə, Orban proqramda Ukraynanın suverenliyini itirdiyini də bildirib. Macarıstan lideri bəyan edib ki, respublika ərazisinin beşdə birini itirib, qalan əraziyə isə Qərb nəzarət edir. Və əgər Aİ “bir forint” də (Macarıstan pul vahidi) verməmək qərarına gəlsə, bu, Ukraynanın sonu olacaq.
QAZİLER.AZ