"Aİ Moldovanı Aİ-yə üzvlük yolunda dəstəkləməyə hazırdır".
Qaziler.az xəbər verir ki, bu fikirləri Avropa Komissiyasının sədri Ursula fon der Leyen “X” sosial media platformasında bildirib. Bu, onun Moldovada keçirilən parlament seçkilərinin nəticələrinə cavabı olub.
“Moldova, siz yenidən uğur qazandınız. Seçiminiz aydındır: Avropa. Demokratiya. Azadlıq. Bizim qapımız açıqdır. Və biz hər addımda sizinlə olacağıq”, - fon der Leyen yazıb.
Demək olar ki, bütün səslər hesablandıqdan sonra Moldova Mərkəzi Seçki Komissiyasının yaydığı əvvəlki məlumatlar prezident Maya Sandu tərəfindən qurulan Fəaliyyət və Həmrəylik Partiyasının parlament çoxluğunu saxlaya biləcəyini göstərib. Protokolların 99,52%-i işləndikdən sonra Fəaliyyət və Həmrəylik Partiyası 50,03% səs toplayıb. Ondan sonra Vətənpərvərlər Bloku (24,26%), Avropayönlü Alternativ (7,99%), Bizim Partiya (6,21%) və Daxildə Demokratiya (5,63%) gəlir.
QAZİLER.AZ