ABŞ Enerji Departamentinin Enerji Effektivliyi İdarəsi qadağan olunmuş sözlər siyahısına “yaşıl”, “dekarbonizasiya” və “iqlim dəyişikliyi” sözlərini əlavə edib.
Qaziler.az xəbər verir ki, bu barədə “Politico” şöbənin əməkdaşlarına göndərilən daxili elektron məktuba istinadən yazır.
"Lütfən, bütün işçilərin qadağan olunmuş sözlər siyahısının ən son versiyası ilə tanış olmasını, ABŞ administrasiyasının mövqeyi və prioritetləri ilə ziddiyyət təşkil edən hər hansı terminologiyadan vicdanla çəkinməyə davam etmələrini təmin edin", - Enerji Departamentinin təmsilçisi Reyçel Overbi yazıb.
Həmçinin “dayanıqlı”, “enerji keçidi”, “emissiyalar” və “karbon izi” sözləri də siyahıya salınıb. Məhdudiyyətlər məmurların ictimai çıxışlarına, daxili kommunikasiyalara və federal qurumlara təqdim edilən hesabatlara şamil edilib.
QAZİLER.AZ