2021-ci ildən 2023-cü ilə qədər Avropa ölkələri iqlim dəyişikliyi səbəbindən 162 milyard avro itirib.
Qaziler.az “News.ru”ya istinadla xəbər verir ki, Avropa Ətraf Mühit Agentliyinin hesabatına görə, qitənin ekoloji problemləri getdikcə pisləşir, müxtəlif ölkələrdə insanların sağlamlığına, iqtisadiyyat və təhlükəsizliyə mənfi təsir göstərir.
“Ekstremal hava və iqlim hadisələri Avropa İttifaqında iqtisadi itkilərə səbəb olub, təkcə 2021-ci ildən 2023-cü ilə qədər 162 milyard avrodan çox itki olub”, - hesabatda deyilib.
Hesabatda həmçinin qeyd olunub ki, 2020-2023-cü illər üçün maliyyə itkiləri əvvəlki onillikdən 2,5 dəfə çox olub. Bundan əlavə, Avropa istehsalçılarının 72%-i təbii ehtiyatlardan istifadədən asılıdır. Fabriklərdə intensiv istehsal prosesi qitə ölkələrində biomüxtəlifliyin azalmasına səbəb olur.
QAZİLER.AZ