Böyük Britaniyanın müdafiə naziri Putinə müraciət edib

Böyük Britaniyanın müdafiə naziri Putinə müraciət edib backend

Böyük Britaniyanın müdafiə naziri Putinə Ukraynadakı münaqişə ilə bağlı müraciət edib.

Böyük Britaniyanın müdafiə naziri Con Hili Rusiya prezidenti Vladimir Putinə Ukrayna münaqişəsi ilə bağlı müraciət edib.

Qaziler.az bildirir ki, onun sözlərini "Sky News" sitat gətirib.

 "Bu gün Liverpuldan Moskvaya mesajımız budur: Prezident Putin, siz qalib olmayacaqsınız. Sülhlə razılaşın", - Leyboristlər Partiyasının konfransında çıxış edən Hili dedi.

Britaniyanın müdafiə naziri əlavə edib ki, o, Ukraynanın təhlükəsizliyini Böyük Britaniyanın öz təhlükəsizliyinin ayrılmaz hissəsi hesab edir və Londonun Kiyevə dəstəyini davam etdirəcəyini vurğulayıb.

QAZİLER.AZ