80 il əvvəl kitabxanadan götürdüyü kitabı indi qaytardı

80 il əvvəl kitabxanadan götürdüyü kitabı indi qaytardı backend

Helsinki sakini atasının kitabxanadan götürdüyü kitabı 80 il sonra qaytarıb. Qazilər.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, Helsinkinin 10 saylı kitabxanasına gələn yaşlı kişi 80 il əvvəl buradan götürülən kitabı geri qaytarıb. Məlum olub ki, 1901-ci ildə ölkənin ikinci dövlət dili olan İsveç dilində yazılan, məişət kimyasına həsr olunan nəşri onun atası kitabxanadan götürüb və bu kitab 11 oktyabr, 1935- ci ildə kitabxanaya qaytarılmalı idi. Yaşlı finin dediyinə görə o bu nəşri kitab rəfini yığışdırarkən təsadüfən tapıb və qərara alıb ki, geri qaytarsın.

Kitabın saxlanmasına gorə cəriməni hesablamamaq qərara alınıb. Çünki 80 illik gecikmədən sonra hər gün 0,2 avroya vurulsa axırıncı cərimə hesabını ödəmək çətin olar. Həm də məlum deyil ki, cəriməni hansı valyuta ilə hesablamaq lazımdır.

Hazırda bu nəşr kitabxanada saxlanılır və çox güman ki, o, Finlandiyanın milli kitabxanasına göndəriləcək. Çünki kitab nüsxəsini bu müddətdə belə yaxşı saxlamaq asan deyil.
Diaspora