Ölən şəxsin ürəyini oğurladılar

Ölən şəxsin ürəyini oğurladılar backend

Balidəki xəstəxana ölən avstraliyalı turistin ailəsinin iddialarına cavab verib və iddiaları təkzib edib.

Qaziler.az bildirir ki, bu barədə "The Guardian" xəbər verir.

May ayında 23 yaşlı Bayron Heddou Bali adasında hovuzda cansız vəziyyətdə tapılmışdı. Cəsədi Avstraliyaya göndərildikdən sonra Haddounun anası onun ürəyinin çıxarıldığını öyrənib. O, insidentdə İndoneziyalı məhkəmə ekspertlərini günahlandırıb.

Daha sonra xəstəxananın tibbi xidmətlər üzrə direktoru I Made Darmadjaya avstraliyalının ürəyinin oğurlanmadığını bildirib. "Mən xəstəxana adından vurğulayıram ki, orqan oğurluğu ilə bağlı yayılan xəbərlər yalandır", - xəstəxana sözçüsü məhkəmə-tibbi ekspertizanın polisin tələbi ilə aparıldığını izah edib.

Avstraliyalının ürəyi ölümündən iki ay sonra bədənindən ayrı olaraq qaytarılıb, xəstəxana orqanın repatriasiyası üçün əlavə 700 Avstraliya dolları tələb edib. Ni Luh Ari ailəsinin vəkili Ratna Sukasari deyib ki, DNT testi ürəyin kimə məxsus olduğunu təsdiq etməlidir, çünki əvəzetmə ehtimalı var.

Mərhumun valideynləri oğlunun cəsədi ilə rəftarı qeyri-insani adlandıraraq, polisdən müstəqil araşdırma aparılmasını tələb edirlər. Balidə aparılan ilkin yarılma nəticəsində məlum olub ki, ölümün səbəbi spirt və antidepresan birləşməsidir. Lakin Bayronun anası qətldən şübhələnir.

QAZİLER.AZ