Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinin ondan heç nə gizlətmədiyini bəyan edib.
"Report" xəbər verir ki, Lukaşenkonun sözlərindən "Pul Pervoqo" "Telegram" kanalı sitat gətirib.
Kanalın məlumatına görə, Putinlə 5 saatlıq danışıqlardan sonra Lukaşenko jurnalistlərə deyib ki, o, Rusiya Prezidenti ilə Rusiya Baş Qərargahının hesabatını dinləyib.
Qeyd edək ki, Putin və Lukaşenko arasında danışıqlar bu gün Kremldə baş tutub və 5 saatdan çox davam edib.