Slovakiya parlamenti ölkə konstitusiyasında yalnız iki cinsi - kişi və qadını tanıyan tərifi təsbit edib.
Qaziler.az xəbər verir ki, məlumatı “Markiza” telekanalı yayıb.
Parlamentin iclasında iştirak edən 99 deputatdan 90-ı hökumətin təklif etdiyi düzəlişlərin lehinə səs verib. Müxalifət fraksiyalarının əhəmiyyətli bir hissəsi səsvermədə iştirakdan imtina edib. Telekanal qeyd edib ki, konstitusiya dəyişiklikləri qüvvədə olan qanuna görə tələb olunan minimum səs sayı ilə - parlamentin 150 deputatından 90-ı ilə təsdiqlənib.
Düzəlişlər imzalanması üçün Slovakiya prezidenti Peter Pelleqrininə təqdim olunacaq. Bratislava dövlət başçısından dəyişiklikləri dəstəkləyəcəyini gözləyir. Çünki onlar nikah və ailə institutunun, həmçinin şəxsi və ailə həyatının toxunulmazlığının qorunmasında ölkənin suverenliyinin gücləndirilməsinə yönəlib.
QAZİLER.AZ