Polşa prezidenti Karol Navroçki ukraynalı qaçqınlara xüsusi statusun və yardımın uzadılmasını nəzərdə tutan qanunu imzalayıb.
Qaziler.az xəbər verir ki, bu barədə Polşa liderinin ofisinin saytında məlumat verilib.
Polşa prezidenti həmçinin işsiz əcnəbilərə müavinətlərin ödənilməsinə son qoyan qanunu da imzalayıb.
Qanuna əsasən, ukraynalı qaçqınlar üçün xüsusi status və yardım, habelə Ukrayna üçün “Starlink” terminallarının maliyyələşdirilməsi altı ay müddətinə, 2026-cı ilin martına qədər uzadılıb.
Məlumatda qeyd edilib ki, Polşa hökumətinin işsiz əcnəbilər üçün bütün sosial müavinətləri ləğv etmək barədə qərarı hələ yayın sonunda məlum olub.
QAZİLER.AZ