Meksikada plastik cərrah Viktor Manuel Rosales Qalindo 14 yaşlı yeniyetmə qıza liposaksiya və sinə böyütmə əməliyyatı etdikdən sonra işindən uzaqlaşdırılıb və istintaq altına alınıb.
Qaziler.az xəbər verir ki, “Daily Mail”in məlumatın görə, pasiyent edilən prosedurlardan sağ çıxa bilməyib.
Müstəntiqlərin fikrincə, 15 yaşına az qalmış qız sinə böyütmə, üz gərmə və liposaksiya əməliyyatı keçirib. Prosedurlar onun atası Karlos Arelyanodan xəbərsiz həyata keçirilib. O, əməliyyatla bağlı təfərrüatları yalnız qızının dəfnində öyrənib. Onun sözlərinə görə, yaxınları qızında implant və əməliyyatdan sonra yaranan çapıqların da aşkar edildiyini söyləyib.
Əməliyyatlardan bir həftə sonra 14 yaşlı Paloma ürək və tənəffüs çatışmazlığı keçirib və beynində ağır ödəm inkişaf edib. Komaya düşən qızın süni tənəffüs aparatına qoşulmasına baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Klinikada tibb bacısı işləyən və cərrahın sevgilisi olduğu düşünülən ana Paloma Eskobedo Kinones bir gün əvvəl ataya qızında COVID-19 olduğunu bildirib.
Baş verən hadisə ölkədə böyük diqqət çəkib. Meksika prezidenti Klaudiya Şeynbaum ailəyə yardım vəd edib. Prokurorluq isə həkim səhlənkarlığı ilə bağlı araşdırmalara başlayıb.
QAZİLER.AZ