Peter Siyarto Zelenskini dəli adlandırdı

Peter Siyarto Zelenskini dəli adlandırdı backend

Ukrayna prezidenti Volodimir Zelenski anti-macar əhval-ruhiyyəsinə görə qeyri-münasib davranış nümayiş etdirir.

Qaziler.az xəbər verir ki, bu fikirləri Macarıstanın xarici işlər naziri Peter Siyarto “Facebook”da yayımladığı açıqlamada qeyd edib.

Bu sərt qiymətləndirməyə səbəb Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin Macarıstan pilotsuz təyyarələrinin ölkənin hava məkanını pozması ilə bağlı açıqlaması olub.

“Volodimir Zelenski anti-macar əhval-ruhiyyəsi ilə dəli olub. O, olmayan şeyləri görməyə başlayır”, - Siyarto yazıb.

QAZİLER.AZ