Almaniyanın Şlezviq-Holşteyn əyalətinin Daxili İşlər Nazirliyinin rəhbəri Sabine Zütterlin-Vak bildirib ki, bölgənin səmasında bir neçə pilotsuz təyyarə aşkarlanıb.
Qaziler.az xəbər verir ki, o, NDR-ə açıqlamasında qeyd edib ki, PUA-lar casusluq və ya təxribat üçün istifadə oluna bilər.
“Danimarka və digər Avropa ölkələrində baş verən son hadisələr fonunda Şlezviq-Holşteyn federal hakimiyyət orqanları və Bundesverlə fəal şəkildə koordinasiya aparır”, - Sütterlin-Vak vurğulayıb.
Nazir həmçinin qeyd edib ki, əyalət polisi pilotsuz təyyarələrə qarşı müdafiəni gücləndirməkdə davam edir. Bura o cümlədən şimal bölgələrində hüquq-mühafizə orqanları ilə koordinasiya daxildir.
QAZİLER.AZ