Bu ölkədə 8 kvadratmetrdən kiçik mikromənzillərə qadağa qoyuldu

Bu ölkədə 8 kvadratmetrdən kiçik mikromənzillərə qadağa qoyuldu backend

Honq-Konq hakimiyyəti 8 kvadratmetrdən kiçik sahəsi olan mənzillərin tikintisini qadağan edib.

Qaziler.az bildirir ki, bu barədə Bloomberg-in sentyabrın 26-da verdiyi xəbərdə deyilir. 

Yeni qanun layihəsinə əsasən, "bölünmüş mənzillər" ən azı 8 kvadratmetr ölçüdə olmalı və ayrıca vanna otağı, yanğından mühafizə vasitələri, işıqlandırma və havalandırma ilə təchiz olunmalıdır.

"Bu tədbirlər Pekinin "qəfəs evlər" - tez-tez kasıblara kirayə verilən kiçik mənzillərlə bağlı narahatlığına cavab olaraq görüldü", - agentlik yazır

Honq-Konqda aztəminatlı insanları dəstəkləyən təşkilatlar artıq xəbərdarlıq ediblər ki, bu tədbirlər əlverişli mənzillər üçün kirayə haqqının artmasına səbəb ola bilər ki, bu da çox güman ki, bu cür əlverişli mənzillərə təklifi azalacaq.

QAZİLER.AZ