Rusiya və Türkiyə arasındakı gərginlik fonunda Parisdə keçirilən iqlim konfransında iki ölkə prezidenti arasında görüş olmayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə görüşmək, problemi müzakirə etmək niyyətinin olduğunu büruzə versə də, Rusiya prezidenti Vladimir Putin təyyarənin vurulması məsələsini onunla yox, digər ölkə liderləri ilə müzakirə edib.
Rəcəb Tayyib Ərdoğan: "Təbii ki, biz xoş niyyətimizi ortaya qoymuşuq. Hələ ilk gündən hörmətli Putinlə görüşmək istəyimizi ifadə etmişik. Biz hazırda prosesi təqib edirik. Rusiya tərəfindən bir çox açıqlamalar verir. Onları da izləyirik".
Vladimir Putin: "Türkiyə prezidenti ilə görüşmədik və üz-üzə gəlmədik. Vurulan Rusiya təyyarəsinə gəlincə, əlbəttə, mənim bütün ikitərəfli görüşlərimdə bu məsələdən danışıldı. Mən müvafiq izahatları verdim və baş verənlərlə bağlı məlumatlandırdım".