NATO-nun baş katibi Mark Rutte Danimarkanın Baş naziri Mette Frederiksen ilə Danimarka hava limanlarının bağlanmasına səbəb olan pilotsuz uçuş aparatları ilə bağlı danışdığını açıqlayıb və vəziyyətin “çox ciddiyə alındığını” bildirib.
Qaziler.az xəbər verir ki, bu brədə Mark Rutte “X” sosial mediasında paylaşım edib.
"NATO müttəfiqləri və Danimarka bizim kritik infrastrukturumuzun təhlükəsizliyini təmin etmək üçün birlikdə çalışırlar", - Rutte yazıb.
Qeyd edək ki, sentyabrın 25-nə keçən gecə Danimarkadakı Olborq hava limanı “hava məkanında pilotsuz uçuş aparatları” səbəbindən bağlanıb və üç reys başqa hava limanlarına yönləndirilib.
QAZİLER.AZ