"Taliban"dan qadınlarla bağlı daha bir QADAĞA

"Taliban"dan qadınlarla bağlı daha bir  QADAĞA backend

Əfqan hökuməti Qəndəharda qadınların kişi diş həkimlərinə getməsini qadağan edib.

Qaziler.az xəbər verir ki, bu haqda “Al Arabiya” məlumat yayıb.

Məlumata görə, "Taliban" yaraqlıları qadınları Qəndəharda diş klinikalarından qovub, onlara kişi diş həkimlərinə müraciət etməməyi əmr ediblər.

Qeyd edək ki, Əfqanıstanda "Taliban" hakimiyyətə gəldikdən sonra ölkədə qadınların hüquqlarını məhdudlaşdıran tədbirlər görülməyə başlayıb.

Daha əvvəl hökumət qadınların yazdığı kitabları Əfqanıstan universitetlərinin tədris planından çıxarıb və insan haqları, cinsi qısnamaya aid olanlar da daxil olmaqla 18 fənnin tədrisini qadağan edib.

QAZİLER.AZ