NATO ölkələri alyans üzvlərinin hava məkanını pozduğu iddia edilən Rusiya təyyarələrinin vurulması təklifi ilə bağlı fikir ayrılığına malikdir.
Qaziler.az xəbər verir ki, bu haqda CNN yazır.
“NATO müttəfiqləri alyansın NATO hava məkanını pozan Rusiya təyyarələrinin vurulması barədə qərar verməkdə fikir ayrılığına malikdir”, - hesabatda deyilir.
Yazıda qeyd olunur ki, ABŞ, Polşa və Baltikyanı ölkələr kimi bəzi ölkələr gələcəkdə hava məkanının pozulduğu təqdirdə güc yolu ilə cavab verməyi açıq şəkildə bildirir, Almaniya kimi digərləri isə daha çox təmkinli olmağa çağırır.
QAZİLER.AZ