Hindistan ilk dəfə qatardan ballistik raket buraxıb - VİDEO

Hindistan ilk dəfə qatardan ballistik raket buraxıb - VİDEO backend

Hindistanın “Agni-Prime” orta mənzilli ballistik raketi ilk dəfə mobil dəmir yolu platformasından buraxılaraq uğurla sınaqdan keçib.

Qaziler.az xəbər verir ki, bu barədə Cənubi Asiya Respublikasının Müdafiə Nazirliyi “X” sosial media platformasında məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, növbəti nəsil “Agni-Prime” raketi 2000 km-ə qədər məsafədə hədəfləri vurmaq üçün nəzərdə tutulub və müxtəlif təkmil funksiyalarla təchiz edilib.

Həyata keçirilən uğurlu sınaqla Hindistan mobil dəmir yolu platformalarından raket buraxmağa qadir olan ölkələr sırasına qoşulub. Bu yeni inkişaf Hindistanın strateji nüvə qüvvələrinin qonşu Pakistanın nüvə potensialına qarşı döyüş dayanıqlığını artırmağa kömək edəcək.

QAZİLER.AZ