Polşa dronları vurmaq üçün İCAZƏ istəyir

Polşa dronları vurmaq üçün  İCAZƏ istəyir backend

Hazırda Polşanın öz sərhədləri xaricində pilotsuz təyyarələri və digər hava hədəflərini müstəqil şəkildə vurmaq imkanı yoxdur, lakin hökumət hərbçilərə bunu etmək üçün qanunvericiliyə dəyişiklik etməyi planlaşdırır.

Qaziler.az xəbər verir ki, bu barədə “Gazeta Wyborcza” məlumat yayıb.

Jurnalistlərin fikrincə, qüvvədə olan qanunda qeyd olunur ki, Polşa silahlı qüvvələrinin xaricdə istifadəsi səlahiyyətli NATO və ya Aİ orqanları tərəfindən, habelə üzərində hava obyektinin aşkar edildiyi ölkənin müraciəti əsasında müəyyən edilir.

Yazda “Rusiyanın təsiri” Araşdırma Komissiyası Polşanın Baş nazir Donald Tuska hesabat təqdim edərək, Ukrayna və Belarus üzərindən Polşaya doğru hərəkət edən təyyarə və dronların vurulmasına icazə verməyi təklif edib.

"Bu arada, bizim hakimiyyət orqanlarının müstəqil şəkildə belə qərarlar qəbul etməsinə mane olan müddəa hələ də qüvvədədir. Bu, mümkün qədər tez dəyişdirilməlidir. Yaxın vaxtlarda qanuna dəyişikliklər edilməlidir", - materialda qeyd edilib.

QAZİLER.AZ