Çexiya səfirliyi ruslara ölkəyə səfər etmək üçün vizanın verilməməsi ilə bağlı xəbərləri təkzib edib.
Qaziler.az xəbər verir ki, bu barədə səfirliyin “Telegram” kanalında məlumat verilib.
Praqa rəsmiləri Çexiya vizalarının ruslara turizmdən başqa məqsədlər üçün verilməsi ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.
Məlumatda qeyd olunub ki, Rusiya vətəndaşları hələ də turist vizası üçün müraciət edə bilmirlər; bu cür müraciətlərə baxılmır. Bu ilin fevralında Çexiya Rusiya və Belarus vətəndaşlarına turist vizası və yaşayış icazələrinin verilməsinə qeyri-müəyyən qadağa qoyub.
QAZİLER.AZ