Braziliyada 59 yaşlı qadın nəvələrini evdə hazırlanmış piroqla zəhərləməkdə şübhəli bilinərək həbs edilib.
Qaziler.az xəbər verir ki, bu barədə “Need To Know” nəşri məlumat yayıb.
Hadisə iyul ayında qızlar nənələrini ziyarət edərkən baş verib.
Nəşrin məlumatına görə, yeməkdən sonra uşaqlarda ürək bulanması və qarın nahiyəsində şiddətli ağrılar yaranıb. Kiçik nəvə xəstəxanada dünyasını dəyişib, böyük nəvə isə az yediyi üçün sağ qalıb. Piroqu yeyən ev pişiyi də ölüb.
Məhkəmə-tibbi ekspertiza piroqun qalıqlarında və pişiyin bədənində pestisidlərin və aqrokimyəvi preparatların istehsalında istifadə olunan zəhərli maddə “terbufos” aşkar edib. Məqalədə bildirilir ki, polis zəhərin piroqa qəsdən, yoxsa səhvən tökülüb-tökülmədiyini araşdırır.
QAZİLER.AZ