Zəlzələni proqnozlaşdıracaq kosmik sistem yaradılır

Zəlzələni proqnozlaşdıracaq kosmik sistem yaradılır backend

Qazaxıstanın Milli Kosmik Agentliyi (Kazkosmos) Britaniyanın “SSTL” şirkəti ilə birgə zəlzələni öncədən proqnozlaşdırmağa imkan verəcək kosmik sistem yaradır. Bu haqda Qazaxıstan Respublikasının İnvestisiya və İnkişaf Nazirliyinin “AeroKosmos” Komitəsinin sədr müavini Meyrbek Moldabekov məlumat verib.

AZƏRTAC “belta.by” saytına istinadən xəbər verir ki, "hazırda “Kazkosmos” tərəfindən “SSTL” şirkəti ilə birgə özündə iki kosmik aparatı (texnoloji kosmik aparat və elmi kosmik aparat) birləşdirən elmi-texnoloji təyinatlı kosmik sistem yaradılır. Elmi aparat zəlzələlərin proqnozu üçün tətbiq ediləcək", – deyə Moldabekov qeyd edib.
Diaspora