Ərdoğan Makrona atmaca atdı - VİDEO

Ərdoğan Makrona atmaca atdı - VİDEO backend

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Türkiyə və Fransa Prezidentləri Rəcəb Tayyib Ərdoğan və Emmanuel Makron arasında qısa, lakin diqqətçəkən söhbət baş tutub. Liderlər ABŞ-yə BMT-nin Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün gəliblər.

Oxu.Az xəbər verir ki, tərcüməçi vasitəsilə ünsiyyət quran Ərdoğan və Makron salamlaşaraq hal-əhval tutublar.

Makron cavab verib ki, hər şey yaxşıdır. Ərdoğan daha sonra tərcüməçiyə müraciət edərək: "Belə çıxır ki, onun üçün hər şeyin yaxşı olduğu vaxtlar olur", - deyib.

Şəkil çəkdirdikdən sonra Makron Ərdoğana qəhvə içməyi təklif edib və "Otur", - deyib.