Rusiya Prezidenti Vladimir Putin hökumətə Suriyada əməliyyatlarda iştirak edən hərbçilərə “qazi” statusunun verilməsini təklif edib. Axar.az xəbər verir ki, prezidentin təklifi qəbul olunarsa, Suriyada xidmət edən Rusiya hərbçilərinə xüsusi status veriləcək.
Rusiya prezidentinin təklifinin Baş nazir Dmitri Medvedyev tərəfindən yerinə yetirilməsi gözlənilir.