Çilinin cənubunda yerləşən buzlaqdan nəhəng buz parçası qopub - VİDEO

Çilinin cənubunda yerləşən buzlaqdan nəhəng buz parçası qopub - VİDEO backend

Çilinin cənubundakı Brüqqen buzlaqından nəhəng buz parçası qoparaq okeana düşüb.

Qaziler.az bildirir ki, “ABC News” telekanalı hadisə şahidlərinin videogörüntülərini dərc edib.

İspan tədqiqatçıları tərəfindən Papanın şərəfinə adlandırılan Pio XI buzlağı kimi tanınan Brüqqen buzlağı Çilinin cənubunda yerləşir və Cənubi Pataqoniya buz sahəsinin qərbindəki ən böyük hissəsidir. Təxminən 66 kilometr uzunluğunda, Antarktidadan kənarda Cənub Yarımkürəsindəki ən uzun buzlaqdır.

Brüqqen buzlağı qlobal istiləşmə və iqlim dəyişikliyi ilə əlaqəli olan buzlaqların hərəkət dinamikasını və ölçüsündə dəyişiklikləri izləmək üçün diqqət mərkəzinə çevrilib.

QAZİLER.AZ