İsrailin nüvə proqramı ilə bağlı məxfi sənədlər əldə edilib - İran

İsrailin nüvə proqramı ilə bağlı məxfi sənədlər əldə edilib - İran backend

İran İsrailin nüvə proqramı ilə bağlı məxfi məlumatları, eləcə də onunla əlaqəli olan elm adamlarının və hərbçilərin adlarını aşkarlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə TASS “Tasnim” agentliyinə istinadən məlumat yayıb.

İslam Respublikasının kəşfiyyat naziri İsmail Xətib deyib: "Bu sənədlərdə rejimin əvvəlki və indiki silah layihələri, köhnə nüvə silahlarının modernləşdirilməsi və yenidən işlənməsi layihələri, ABŞ və bəzi Avropa ölkələri ilə birgə layihələri haqqında məlumatlar var".

Onun sözlərinə görə, Tehrana informasiya axtarışında İsrailin Baş naziri Binyamin Netanyahuya nifrət edən İsrail vətəndaşları kömək edib.

QAZİLER.AZ