Nyu Yorkda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın korteji BMT Baş Assambleyasında çıxışından sonra tıxacda qalıb.
Qaziler.az bildirir ki, bu barədə sentyabrın 24-də Associated Press məlumat yayıb.
“Çərşənbə axşamı Türkiyə nümayəndə heyəti də polis tərəfindən dayandırılıb və prezident Rəcəb Tayyib Ərdoğan növbədə qalıb”, - nəşr qeyd edir.
“YeniAnkara”nın qeyd etdiyi kimi, Türkiyə lideri daha sonra təhlükəsizlik qüvvələrinin koordinasiyası ilə yoluna davam edib.
QAZİLER.AZ