Ukrayna Avropa İttifaqının dəstəyi ilə öz ərazi bütövlüyünü tam bərpa edə və sonra “daha da irəli gedə” bilər.
Qaziler.az bildirir ki, bu barədə “RBC-Ukrayna” ABŞ prezidenti Donald Trampın “TruthSocial” sosial media hesabına istinadən məlumat yayıb.
"Ukrayna və Rusiyanın hərbi və iqtisadi vəziyyətini nəzərdən keçirib tam başa düşərək və bunun Rusiyada səbəb olduğu iqtisadi problemləri görərək inanıram ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə döyüşmək və bütün Ukraynanı ilkin sərhədləri daxilində geri almaq iqtidarındadır", - Tramp vurğulayıb.
O, aydınlaşdırıb ki, Ukraynanın ərazi bütövlüyünün bərpası “vaxt, səbr və Avropanın, xüsusən də NATO-nun maliyyə dəstəyi ilə” mümkündür.
QAZİLER.AZ