ABŞ prezidenti Donald Tramp bəyan edib ki, NATO ölkələri Rusiya təyyarələrini alyansın hava məkanını pozarsa vurmalıdır.
Qaziler.az bildirir ki, bu barədə Amerika lideri BMT Baş Assambleyasının 80-ci sessiyasında Ukrayna prezidenti Vladimir Zelenski ilə ikitərəfli görüş zamanı bildirib.
Tramp məsələ ilə bağlı suala “Bəli, belə hesab edirəm”, - deyib.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bəyan etmişdi ki, NATO-nun Rusiyanın alyansın hava məkanını pozması ilə bağlı fikirləri “yeni bir şey deyil”.
Bundan əvvəl NATO Rusiyanın MiQ-31 təyyarəsinin Estoniyanın hava məkanını pozduğu iddia edilən insidentdən sonra Rusiyaya qəti cavab verəcəyini vəd etmişdi.
QAZİLER.AZ