ABŞ Ukraynaya dəstək üçün 26 milyon dollarlıq müqavilə imzalayıb

ABŞ Ukraynaya dəstək üçün 26 milyon dollarlıq müqavilə imzalayıb backend

ABŞ Hərbi Hava Qüvvələri Ukraynaya F-16 qırıcı təyyarələrinin yaradılması və istismarında dəstək vermək üçün "Lockheed Martin" şirkəti ilə 25,998 milyon dollar məbləğində müqavilə imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Pentaqonun məlumatında bildirilib.

Müqavilə üzrə işlər Texas ştatının Fort-Uert şəhərində aparılacaq və 30 may 2029-cu il tarixinədək tamamlanması planlaşdırılır.

Müqavilə ABŞ və müttəfiqlərinin Ukraynaya uzunmüddətli dəstəyini əks etdirir. Proqrama pilotların və texniki heyətin təlimi, ehtiyat hissələrinin tədarükü və s. daxildir.

Layihənin maliyyələşdirilməsi "Building Partner Capacity Ukraine Security Assistance Initiative" təşəbbüsü çərçivəsində Federal Miqrasiya Xidməti tərəfindən həyata keçirilir.

Pentaqonun bəyanatında vurğulanır ki, bu müqavilə ABŞ və müttəfiqlərinin Ukraynada tərəfdaş potensialının artırılması istiqamətində daha geniş səylərinin bir hissəsidir.