Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas sosial şəbəkədəki səhifəsində Rusiyanın Avropa İttifaqının (Aİ) sərhədlərini pozduğu iddia edilən hadisələrin təxribat olduğunu bildirib.
Qaziler.az bildirir ki, bu barədə lenta.ru yazır.
“Rusiyanın iki həftə ərzində təsadüfən Avropa hava məkanını üç dəfə pozması qeyri-mümkündür”, o yazır.
Onun sözlərinə görə, Rusiya Avropa sərhədlərini və Aİ-nin qətiyyətini sınayır.
Diplomat xəbərdarlıq edib ki, Brüssel icazə verdiyi müddətcə Moskva təxribatlarını davam etdirəcək.
QAZİLER.AZ